• 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 
  • 23:41 – Göyçayda elektrik dirəkləri ilə bağlı sakinlərin narahatlığı: Təhlükə baş verməmiş tədbir görülməlidir. 
  • 19:44 – İran və Oman XİN rəhbərləri regionu müzakirə etdilər 
  • 19:38 – ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ 

“Twitter” Avropada qadağan olunur?

“Twitter” sosial şəbəkəsi Avropa İttifaqının (Aİ) kontentin moderasiyası qaydalarına əməl etməyəcəyi təqdirdə onun fəaliyyətinə qadağa qoyula bilər.

Bunu daxili bazar məsələləri üzrə avrokomissar Tyerri Breton deyib.

Onun sözlərinə görə, sosial şəbəkə qaydalara əməl etməsə cərimələnəcək: “Yox əgər bu proses davam etsə platformanı Avropada söndürə bilərik. Heç kəsin bunda şübhəsi olmamalıdır. Lazım gəlsə, biz bunu edəcəyik”.

Xatırladaq ki, avrokomissar “Twitter”in sahibi İlon Maskla görüş zamanı dezinformasiyanın aqresiv yürüdülməsindən imtinanın və gələn il platformanın irimiqyaslı müstəqil auditdən keçməsinin zəruriliyini onun diqqətinə çatdırıb. Sosial şəbəkə bunları etməsə Aİ-nin rəqəmsal xidmətlər sferasındakı qanunvericiliyini pozmaq riski ilə üzləşə bilər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →