• 19:28 – Bakıda güclü külək: xəsarət alanların sayı artdı 
  • 19:17 – Bəyaz Aslanın Qələbə Salnaməsi 
  • 21:03 – Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur 
  • 20:57 – Putin hər zaman formada qalmağın SİRRİNİ AÇDI 

Estoniyalı məmurlara TikTok-dan istifadə qadağan ediləcək

Estoniyada məmurlara dövlət tərəfindən verilən xidməti telefonlarda TikTok tətbiqinin istifadəsi qadağan ediləcək.

AZƏRTAC “Eesti Paevaleht” qəzetinə istinadla xəbər verir ki, bu barədə Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Kristyan Yarvan deyib.

“Dövlət informasiya-kommunikasiya texnologiyaları mərkəzinin əmrinə əsasən, bu ay ərzində TikTok tətbiqi mərkəzləşmiş şəkildə idarə olunan telefonlardan silinəcək”, - deyə Kristyan Yarvan bildirib. Onun sözlərinə görə, bu qadağa hələlik TikTok tətbiqinə aiddir və şəxsi telefonlara şamil olunmur.

Bir sıra Qərb dövlətlərində məmurlarının telefonlarında Çində hazırlanan tətbiqin istifadəsi məhdudlaşdırılır. Buna səbəb kimi məxfi informasiyaların Çin hakimiyyətinin əlinə keçə biləcəyi ehtimalı göstərilir .
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →