• 22:12 – Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı 
  • 21:45 – Ermənistanda seçici fəallığı açıqlandı 
  • 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:26 – Tramp Türkiyəyə gedəcək 

Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinqlər keçirilməsi qadağan olunub

Rusiyada dövlət orqanları binalarının yaxınlığında mitinq, yürüş və ya nümayişlər keçirilməsi qadağan olunub.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə qanun imzalayıb.

Qanuna əsasən, vağzal, aeroport, təhsil və tibb müəssisələri və digər dövlət orqanlarının yaxınlığında mitinq, yürüş və nümayişlər keçirilməsi qadağandır. Bu siyahıya elektrik, istilik və su xətləri şəbəkələri, dini məbədlər də daxildir.

İndiyədək Rusiyada prezident iqamətgahı, məhkəmə, xilasetmə müəssisələrində və onların ətrafında mitinqlər və nümayişlər keçirilməsi qadağan edilmişdi.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →