• 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 
  • 21:10 – Bu ərazidə metal konstruksiyalı körpü inşa olunur 
  • 20:12 – Prezident bu müəssisənin açılışından video paylaşdı 
  • 20:09 – Doğum günün mübarək olsun, oğlum. 

Son bir ayda sosial sahələr üzrə 50 minə yaxın e-arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə son bir ayda 50 minə yaxın e-arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan böyük hissəsini müavinət və təqaüd, pensiya təminatı, əlillik və iş yerinə, məşğulluğa dair arayışlar təşkil edib.

Son 5 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.

Nazirliyin e-arayış xidmətləri vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təminedilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməsinə imkan verir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →