• 22:25 – Ərdoğandan MESAJ: "Güclü və qüdrətli Türkiyənin şəfəqi artıq doğub" 
  • 22:18 – İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH 
  • 22:16 – Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir? 
  • 20:48 – Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi 

Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 502,6 min e-arayış verilib

2022-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 502,6 min elektron arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib.

Həmin e-xidmətlər vətəndaşlara iş yerinə və əlilliyə dair, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təminedilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və 11 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 190 milyon olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →