• 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 
  • 23:57 – Qazaxıstan İrandakı vətəndaşlarına çağırış etdi 
  • 23:50 – Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik” 

Son bir ildə 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 130 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 40 min şəxs münasib işlərlə təmin edilib, 16,1 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Agentlik tərəfindən ötən il, həmçinin 4,6 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

Həmin dövrdə 70 minə yaxın şəxsə peşəyönümü xidmətlər göstərilib, həmçinin əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 2,1 min şəxsə iş yerlərinə göndəriş verilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →