• 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 
  • 12:09 – Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - Video 
  • 12:04 – TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi 
  • 11:59 – Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu – VİDEO 

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 3727 şəxsə iş yerlərinə göndəriş verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 200 şəxsə iş yerlərinə göndəriş verildi.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır.

Ümumilikdə iki il əvvəl icrasına başlanan proqram üzrə ötən dövrdə 500-dən çox işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb və bu əməkdaşlıq çərçivəsində 3727 şəxsə iş yerlərinə göndəriş verilib.

Proqrama qoşulmaq istəyən işəgötürənlər https://dma.gov.az/reyestrler/birge-maliyyelesme-uzre-reyestre-muraciet-et agentliyin rəsmi saytından müraciət edə bilərlər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →