• 20:16 – Rusiya danışıqlar üçün şərt qoymur - Peskov 
  • 19:59 – Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib 
  • 20:02 – Dövlət büdcəsinin gəlirləri açıqlandı 
  • 19:54 – İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq 

İstehlaka yararsız bioloji fəallığa malik qida məhsulu məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Jala Pharma” MMC-nin idxal etdiyi, Rumıniyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinin istehsalı olan, ümumi çəkisi 217 kiloqram “Zink Godarov Kapsul №30” adlı 10 min ədəd bioloji fəallığa malik qida məhsulu partiyasından nümunələr götürülüb.

Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, istehlaka yararsız bioloji aktiv qida məhsulu məhv edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →