• 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 
  • 10:01 – İran müharibəsi: ABŞ-ın bir yolu qalıb... 
  • 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:43 – Ermənistan hava məkanını bağlayır - Bu tarixdə 

İstehlaka yararsız müxtəlif növ qida məhsulu məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı daxil olan müraciət əsasında “AZ FP CO LTD” MMC-yə məxsus 73 adda 9 ton müxtəlif növ süd məhsulu, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 20.95 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →