• 23:05 – Ərdoğan və Berdiməhəmmədov bu məsələləri müzakirə etdilər 
  • 22:58 – Hörmüz boğazı İrana ildə 40 milyard dollar qazandıra bilər 
  • 22:55 – Rusiyanı sülhə məcbur etmək üçün əməliyyat başladı 
  • 22:57 – Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək 

Halvanın tərkibində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Çinar Company” MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan “Ubk Karaağaç Gıda A.S” şirkətinə məxsus ümumi çəkisi 293 kiloqram halvaya keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →