Azərbaycanın “Avroviziya” 2026 təmsilçisi Vyanaya yola düşüb
- 05.05.2026, 21:36,
- Şou-biznes / Tədbir

BAKI-XEBERTV.AZ
Azərbaycanın “Avroviziya” 2026 təmsilçisi Vyanaya yola düşüb
Azərbaycanı bu il “Avroviziya”da təmsil edəcək Cəmilə Həşimova müsabiqənin keçiriləcəyi Vyanaya yola düşüb. Bununla da ifaçı artıq beynəlxalq səhnədə ölkəmizi layiqincə təmsil etmək üçün hazırlıqların son mərhələsinə qədəm qoyub. Təmsilçimizin qarşıdakı günlərdə müsabiqə öncəsi məşqlərə qoşulması, səhnə quruluşu ilə tanış olması və ilk texniki sınaqlardan keçməsi gözlənilir. Nümayəndə heyətinin verdiyi məlumata görə, builki çıxış üçün hazırlanan səhnə performansının musiqi, vizual həll və milli çalarların sintezi üzərində qurulub. Jivanın həm vokal gücü, həm də səhnə enerjisi ilə Avropa tamaşaçısının diqqətini cəlb edəcəyi gözlənilir. Vokal ifaçısı müsabiqə öncəsi həyəcanlı olduğunu bildirərək, ölkəmizi uğurla təmsil edəcəyinə inandığını diqqətə çatdırıb. Xatırladaq ki, Jiva Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində “Just go” mahnısı ilə ikinci nömrə altında çıxış edəcək. Təmsilçimizə uğurlar arzu edirik!
Müəlliflər: Seymur Novruzov,İsmayıl Zaman
Video linki:
https://m.youtube.com/watch?v=PBu39ZfGo68&pp=0gcJCd4KAYcqIYzv


Reytinq:

- 0