

San Marinonun Avroviziya 2026 təmsilçisi Bakıya gəlib
San Marinonu bu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək məşhur ifaçı Senhit Bakıya təşrif buyurub. Azərbaycana ilk dəfə 2011-ci ildə Avroviziyada ifa etdiyi “Stand by” mahnısının təqdimatı üçün gəldiyini bildirən müğənni, Bakını çox bəyəndiyini qeyd edib. Ölkəsini 2011 və 2021-ci illərdə də təmsil edən Senhit builki çıxışı haqqında məlumat verib. Daha əvvəl Avroviziya səhnəsində ifa etdiyi “Adrenalina” mahnısı ilə məşhurlaşan və dünyanın hər yerindən pərəstişkar kütləsi qazanan ifaçı treklərin oxşar olduğunu, lakin builki mahnının daha coşğulu olduğunu diqqətə çatdırıb. “Maraqlı səhnə şousu hazırlamışıq, Avroviziya üçün güclü səhnə tərtibatımız var” deyə sənətçi bildirib. Xatırladaq ki, San Marino builki Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsində çıxış edəcək.
Müəllif: İsmayıl Zaman, Seymur Novruzov