• 14:39 – Ekspertdən xəbərdarlıq: Bakıda kəskin şaxta, qar... 
  • 14:35 – Putin güzəştə getməyə hazırdır - Tramp 
  • 14:29 – Kupon Bookingin təşkilatçılığı ilə möhtəşəm Manga konserti 
  • 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 

Kupon Bookingin təşkilatçılığı ilə möhtəşəm Manga konserti





Kupon Bookingin təşkilatçılığı ilə möhtəşəm Manga konserti
Ötən həftə Kupon Booking şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Türkiyənin məşhur “Manga” qrupunun konserti keçirilib. Konsertdən öncə qrup media nümayəndələrinin suallarını cavablandırıb.
Qrup üzvləri Bakıda olmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər. Onların sözlərinə görə, Bakı tez-tez konsert verdikləri şəhərlərdən olmasa da, hər gəliş onlar üçün xüsusi həyəcan yaradır:
“Əslində Bakıda daha tez-tez konsert vermək istəyirik. Buraya hər gəldiyimizdə həyəcanlanırıq. Konsertlərimiz çox zövqlü keçir. Bakı üçün xüsusi mahnılar ifa edirik, xüsusi coverlər hazırlayırıq. Buradakı tamaşaçı ilə qarşılıqlı əlaqə bizim səhnə performansımıza birbaşa təsir edir.”
Qrup vurğulayıb ki, tamaşaçının enerjisi musiqiçilərin ifasına ciddi təsir göstərir:
“Əgər tamaşaçı yaxşıdırsa, biz də daha yaxşı ifa edirik. Turne zamanı oxşar repertuar olsa da, tamaşaçı reaksiyası hər şeyi dəyişir. O pozitiv enerji bizim çalğımıza, oxumağımıza və ümumi performansımıza güclü təsir edir.”
Müsahibə zamanı əməkdar artist Sevda Ələkbərzadə ilə birlikdə səsləndirilən “Ulu Vətən” mahnısı da xatırladılıb. Qrup bu layihənin onlar üçün xüsusi olduğunu deyib:
“Sevda möhtəşəm səsə malikdir. Onunla yenidən bir layihə üzərində işləməkdən məmnun olarıq.”
Qrup Xalq Artisti Alim Qasımovla birgə musiqi layihəsi həyata keçirmək istədiklərini qeyd ediblər.
Mahnıların yaranma hekayələrinə toxunan qrup üzvləri bəzi parçaların şəxsi yaşantılardan, bəzilərinin isə adi söhbətlərdən doğduğunu qeyd ediblər və səmimiyyətin dinləyici ilə bağ qurmaqda əsas rol oynadığını bildiriblər.
Sonda Manga qrupuna azərkeşi tərəfində portret hədiyyə edilib. Qrup Azərbaycan tamaşaçılarına təşəkkür edib və konsert üçün səhnəyə yollanıb.
Manga konsert proqramında həm sevilən köhnə hitlərini, həm də yeni mahnılarını səsləndirib. İfa zamanı tamaşaçılar mahnılara birlikdə qoşulub, zalda güclü emosional ab-hava yaranıb. Oturacaqlı zal olmasına baxmayaraq, bir çox tamaşaçı ayağa qalxaraq mahnıları ayaqüstə dinləyib və ifalara coşqu ilə reaksiya verib.Konsert emosional anlarla yadda qalıb və musiqisevərlər üçün unudulmaz gecəyə çevrilib.






Video linki: https://m.youtube.com/watch?v=J-5NcwUOUKE
Müəllif: İsmayıl Zaman

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →