• 21:40 – Tokayev: "Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir" 
  • 21:27 – "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın oyunları "TVNET"də 
  • 21:25 – Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu 
  • 21:17 – Rusiyadan Qəzzafinin oğlunun öldürülməsinə reaksiya... 

Demet Akalın: “Populyarlıq sifarişlə olmur”






Demet Akalın: “Populyarlıq sifarişlə olmur”
Türkiyənin məşhur müğənnisi Demet Akalının konsertdən öncə media nümayəndələrinə müsahibə verib.O,son dövrdə böyük populyarlıq qazanan “Yerində Dur” mahnısının onun karyerasında dönüş nöqtəsi olduğunu bildirib:
“Bu il – Allah izin versə – səhnədə olmağımın 30-cu ilini qeyd edəcəyəm. Çox gözəl illərim olub, amma elə dövrlər də yaşadım ki, etdiyim mahnılar istədiyim effekti vermirdi. ‘Yerində Dur’ ilə yenidən o parlaq, pırlanta günlərimə qayıtdım”.Sənətçi vurğulayıb ki, həqiqi populyarlıq süni yollarla əldə edilmir:
“Məncə populyarlıq asan məsələ deyil. Əgər populyarlıqdan danışırıqsa, burada əsas olan mahnının dəyəridir. Stadionlara düşmək, dörd aylıq körpələrin belə mahnıya oynamağı asan iş deyil. Bu nə sifarişlə olur, nə pulla, nə də başqa vasitələrlə. Biz sadəcə çox gözəl bir yüksəliş tutduq.”
Demet Akalın gənc nəsillə işləməyi sevdiyini də vurğulayıb:
“Mən gənclərlə işləməyi çox sevirəm. Onlar səmimiyyəti dərhal hiss edirlər. Uşaqlar artıq mənə ‘Demet abla’ deyir. Bu, mənim üçün böyük xoşbəxtlikdir”.Türkiyə gündəmini sarsıdan Güllünün öldürülməsi hadisəsi ilə bağlı Demet Akalın mövqeyini belə ifadə edib:
“Bu mövzuda danışmaq mənim üçün çox ağırdır. Hər kəsin övladı var, mənim də bir qızım var. Allah hər kəsə xeyirli övlad versin. Çox qorxunc bir hadisədir”.
Akalın mediada ona verilən “kraliça” tituluna da münasibət bildirib:
“Mən özümü kraliça hesab etmirəm. Sezen Aksu, Ajda Pekkan kimi böyük sənətçilər varkən bu titulu qəbul edə bilmərəm. Türkiyədə çox güclü qadın sənətçilər var”.
Konsert proqramında Azərbaycan musiqisinə də yer ayıran Demet Akalın sürpriz duetlə tamaşaçıların qarşısına çıxıb:
“Azərbaycanın səs məktəbi, boğaz oxumağı məni valeh edir. Bu axşam çox məşhur bir azərbaycanlı sənətçi ilə duet edəcəyəm, amma kim olduğunu deməyəcəyəm”.
Demet Akalın həyat yoldaşı və meneceri olan Okan Kurt da media nümayəndələrinin suallarını cavablandırıb.Okan Kurt bildirib ki, Demet Akalın Azərbaycana ilk dəfə gəlmir, lakin uzun fasilədən sonra böyük səhnədə çıxış etmək onlar üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sənətçi əvvəllər daha çox toy və özəl tədbirlər üçün Bakıya gəlib, lakin belə miqyaslı konsertdə uzun müddətdir iştirak etməyib.Okan Kurt Azərbaycanla bağlı təəssüratlarını da bölüşərək qeyd edib ki, ölkə xeyli inkişaf edib və gözəlləşib. Onun sözlərinə görə, Demet Akalın Azərbaycanı çox sevir və bu ölkəni darıxdığını da gizlətmir. Konsertə böyük maraq olduğunu deyən Kurt bildirib ki, zala təxminən 3 min 300 nəfər Demet Akalını izləmək üçün toplaşıb.Media nümayəndələrinin sənətçinin kaprizləri ilə bağlı sualını cavablandıran Okan Kurt bu iddiaları təkzib edib. O bildirib ki, Demet Akalın kaprizli deyil, sadəcə prinsipialdır. Onun sözlərinə görə, sənətçi səhnə və işinə qarşı çox məsuliyyətlidir, hər şeyin ideal olmasını istəyir və bu da komandanın peşəkar inkişafına müsbət təsir göstərir.Okan Kurt əlavə edib ki, onlar uzun illərdir birgə çalışırlar və fikir ayrılıqları olsa da, hər zaman ortaq məxrəcə gəlməyi bacarırlar.Ailə həyatı ilə bağlı suala cavabında isə Okan Kurt bildirib ki, Demet Akalın bu il də “Survivor” layihəsindən dəvət alsa da, ailəsini tərk edə bilmədiyi üçün bu təklifi qəbul etməyib. Onun sözlərinə görə, sənətçi ailəsinə, xüsusilə qızları Hiraya çox bağlıdır.Okan Kurt həmçinin Hiranın yaxın zamanda aktyorluq sahəsində ilk addımını atacağını da açıqlayıb. Onun bildirdiyinə görə, Hira bir serial layihəsindən təklif alıb və artıq ilkin razılaşmalar əldə olunub. Layihənin detalları isə hələlik açıqlanmır.Daha sonra müğənni Demet Akalın mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Müəllif: İsmayıl Zaman




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →