• 19:44 – Zelenski Rusiyaya mesaj verdi: Zərbələri dayandırın, deeskalasiya başlasın 
  • 19:32 – Torpağın Qoruyucusu, Xalqın Dayağı 
  • 19:27 – Bakı-Ələt-Astara magistral yolunda yanğın 
  • 18:44 – Fitso son anda Ukraynaya getmədi: Nə baş verib? 

Temperatur 5-8° enəcək - Xəbərdarlıq






temperatur-5-8-enecek

BAKI-XEBERTV.AZ

Hava şəraiti haqqında növbəti məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 5-i səhərdən 6-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Dekabrın 5-i axşamdan 6-sı gündüzədək Azərbaycanın əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.



qafqazinfo.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →