• 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:27 – Regionİran ABŞ-ı bu ölkəyə hücumla hədələdi 
  • 20:22 – "Barselona"nın əfsanəsi: "Messini zərərsizləşdirmək mümkün deyil" - 
  • 18:16 – 2026-cı ilin 4 avtomobili: Təhlükəsizlik mükafatı aldı - Foto 

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 9-u axşamdan 10-u səhərədək arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 10-dan 11-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Azərbaycanın rayonlarında martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Qeyd edək ki, ikinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →