• 19:03 – İtaliyadakı zəlzələdə xəsarət alanların sayı artdı 
  • 18:54 – ​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 
  • 18:51 – UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb 
  • 18:48 – Rusiya bu kəndləri də işğal etdi 

İslandiya-Azərbaycan Cəmiyyəti ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı bəyanat yayıb

İslandiya-Azərbaycan Cəmiyyəti ölkəmizin İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Azərbaycan səfirliyinin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı qətiyyətlə pislənib. Diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğu xüsusi vurğulanıb.

Soydaşlarımız İslandiya ictimaiyyətini və beynəlxalq birliyi bu terror hadisəsini qınamağa çağırıblar. Bəyanatda, terror aktının tezliklə hərtərəfli araşdırılması və cinayətkarların layiqli cəzalarını alması tələb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →