• 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 
  • 19:57 – Xalq artisti Tünzalə Ağayeva leopard tərzi ilə GÖZ OXŞADI 
  • 19:51 – Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü keçiriləcək 
  • 19:29 – Yasamal rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi - Fotolar 

İƏT-in Baş katibi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib

Yanvarın 31-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, səfirlik əməkdaşının qətlə yetirilməsi ilə bağlı öz başsağlığını ifadə edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq hüquq normalarının, o cümlədən “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”nın kobud pozuntusu olan bu aktı şiddətlə qınayan baş katib Xusrav Noziri cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

Qarşı tərəfə dəstəyə görə təşəkkür edən nazir Ceyhun Bayramov səfirliyimizin 1 əməkdaşının həyatını itirməsi, 2 nəfərin isə yaralanması ilə nəticələnən bu xain terror aktını törədənlərin və onların havadarlarının ədalət qarşısında cavab verməsi üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini qeyd edib. Bu cür hücumların qarşısının alınması üçün qəbul edən tərəfin öhdəliyə malik olduğunu vurğulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →