• 21:46 – İsrail və ABŞ İranın nüvə bombasının “açarı”nı MƏHV ETDİLƏR - NYT 
  • 21:32 – Makron Fransa parlamentini buraxa bilər - Pen 
  • 19:54 – Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazına alternativ yollardan danışdı 
  • 19:49 – Haaland 300-ə çox tez çatdı 

Putinin Türkiyəyə səfərinin tarixi nə zaman açıqlanacaq? - Səfir DANIŞDI

BAKI-XEBERTV.AZ

"Ankara və Moskva Rusiya prezidenti Vladimir Putinin səfərinin vaxtını vaxtı gələndə açıqlayacaqlar".

Bunu TASS-ın sualını cavablandıran Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiç deyib.

"Rusiya prezidentinin mətbuat katibinin bəyanatlarından çıxış etmək lazımdır, Türkiyənin bəyanatlarını da izləmək lazımdır. Zamanı gələndə açıqlama verəcəyik”, - deyə səfir bildirib.

Bilgiç qeyd edib ki, Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan fevralın 21-22-də Braziliyada keçiriləcək G20 nazirləri çərçivəsində görüş keçirə bilərlər.

TASS diplomatik mənbəsi bildirib ki, Ankara qaz qovşağının tikintisi və Rusiya qazına endirimləri müzakirə etməyi planlaşdırır. Mümkün mövzular arasında Rusiya şirkətlərinin qarşılaşdığı türk bankları vasitəsilə hesablaşmalarla bağlı problemlər də var.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı həmçinin Suriya və Fələstindəki vəziyyət, Akkuyu atom elektrik stansiyasının tikintisi və Qara dəniz taxıl dəhlizinin müzakirəsi aparılacaq.



publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →