• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Fidanla Lavrov arasında KRİTİK MÜZAKİRƏ



 


Fidanla Lavrov arasında KRİTİK MÜZAKİRƏ


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Tərəflər Ukrayna ətrafında baş verən son hadisələrə, o cümlədən “Azov liderlərinin” İstanbuldan Kiyevə qayıtması ilə bağlı vəziyyətə xüsusi diqqət yetirməklə regional gündəliyə dair fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.

Diplomatlar arasında söhbətin Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.

Söhbət zamanı Ankaranın diqqəti Ukraynaya silah tədarükünün davam etdirilməsi kursunun dağıdıcılığına yönəldilib və bu, Rusiya tərəfinin fikrincə, mənfi nəticələrə gətirib çıxara bilər.

Bundan əlavə, söhbət zamanı diplomatlar Moskva ilə Ankara arasında etimad münasibətlərinin saxlanması və möhkəmləndirilməsinin zəruriliyini təsdiqləyiblər.

Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə gəlib və orada Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bundan sonra Ukrayna dövlətinin başçısı ilə birlikdə "Azov" komandirləri də İstanbuldan uçublar.

Öz növbəsində Kreml bu cür hərəkətlərin əvvəllər bağlanmış razılaşmaların pozulması olduğunu bildirib və həmçinin vurğulayıb ki, “Azov” münaqişə bitənə qədər Türkiyədə olmalı idi.



publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →