• 23:41 – Tramp Paşinyanı təbrik etdi 
  • 23:29 – Azərbaycan 19 ölkənin adından çağırış etdi 
  • 00:16 – Tokayevin Paşinyana jesti Kremlə hansı mesajı verdi? 
  • 00:12 – Liderlərin Paşinyana bu sözləri Kremli dəli etdi 

“Rəşadətli uçuş” adlı solo konsert Rəşad Atakişiyevin xatirəsinə həsr ediləcək

Yanvarın 7-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin “Rəşadətli uçuş” adlı solo konserti olacaq.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, “Şücaətə görə medal” ilə təltif edilmiş şəhid, polkovnik-leytenant Rəşad Atakişiyevin əziz xatirəsinə həsr olunacaq. Gecədə dünya klassik bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →