• 21:12 – Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB 
  • 19:03 – 801-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 19:00 – Gürcüstan hökuməti Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirir - ŞƏRH 
  • 18:56 – Şəkidə iki nəfər ov silahı ilə öldürüldü 

Qobustan Qoruğu məktəbliləri yarışa səsləyir

Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün yeni layihə - “Muzey mədəniyyəti məktəbdən başlayır” yarışmasını təşkil edir.

Qoruq ərazisində yerləşən muzeyi və abidələri ziyarət edən məktəblilər, ziyarət zamanı burada kollektiv şəkil çəkdiriblərsə, fotoşəkilləri dekabrın 10-dək Qoruğun office@gobustan-rockart.az e-mail ünvanına göndərməklə yarışa qatıla bilərlər.

Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib.

Bildirilib ki, yarışın şərtlərinə əsasən, Qoruğun sosial hesablarındakı səhifədə bəyənmə və paylaşma sayı daha çox olan məktəbli kollektivinin fotosu qalib hesab olunacaq və onlara həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Yarışmanın keçirilməsi Qobustan abidələrinin məktəblilər arasında daha geniş şəkildə təbliği məqsədi daşıyır.

Yarışın qalibi dekabrın 15-də elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →