• 21:57 – Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı 
  • 21:52 – Yağışlı hava nə vaxtadək davam edəcək? 
  • 21:45 – Azad Şabanov “Qızım” mahnısını təqdim etdi - VİDEO - FOTOLAR 
  • 17:21 – Prezident 2 sərəncam, 1 fərman imzaladı 

Castin Timberleykin Bakı konserti



Castin Timberleykin Bakı konserti
Məşhur amerikalı müğənni Castin Timberleyk “Sabahı unut” (“The Forget Tomorrow”) dünya turu çərçivəsində ilk dəfə Azərbaycanda konsert verib.
Sənətçinin möhtəşəm çıxışı Bakı Olimpiya Stadionunda baş tutub. Konsertin saat 20:00-da başlaması nəzərdə tutulsa da, Timberleyk səhnəyə təxminən bir saatlıq gecikmə ilə çıxıb.
Səhnədə ard-arda ifa etdiyi məşhur mahnılarla tamaşaçılara unudulmaz anlar yaşadan sənətçi, maraqlı bir hadisə ilə də qarşılaşıb. Belə ki, tədbir zamanı bir cütlük müğənniyə övladlarının cinsiyyətini bildirən zərfi təqdim edib. Timberleyk zərfi açaraq, cütlüyün oğlan övladı gözlədiyini elan edib. Bu an tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.Daha sonra bir azarkeşin əlində tutduğu “Castin, kömək elə, ərə gedim” sözləri yazılmış plakat gülüş doğurub. Müğənni isə hazırcavablıqla “Əzizim, mən artıq evliyəm” deyə zarafatla cavab verib. Bu cavab konsert iştirakçıları tərəfindən alqış və təbəssümlə qarşılanıb.
Müəllif: İsmayıl Zaman


Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →