• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Soner Sarıkabadayının Bakıdakı möhtəşəm konsertindən FOTOREPORTAJ

Dekabrın 17-də Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayı Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, ulduzun performansından öncə səhnəyə gənc müğənni Mərdan Kazımov çıxıb.

Soner Sarıkabadayı hitləri ilə bakılı pərəstişkarlarını sevindirib. Estrada müğənnisinin mahnılarını əzbər bilən tamaşaçılar yüksək səslə oxuyur, hər çıxışı sürəkli alqışlarla müşayiət edirdilər.

Qeyd edək ki, Sarıkabadayı 2001-ci ildə ilk olaraq “Kara” albomunu çıxarsa da, bu, ona uğur gətirməyib.

2009-cu ildə çıxan ikinci albomu “Buz” isə ona şöhrət gətirib. Bir il sonra ifaçı “Pas” və “Sadem” albomlarını təqdim edib.

Soner Sarıkabadayı Sibel Can, Demet Akalın, Murat Dalkılıç, Murat Boz, Berkay və Türkiyənin digər məşhur müğənnilərin hitlərinin müəllifidir.

Xatırladaq ki, türkiyəli müğənni Azərbaycanın xalq artisti Röya ilə birgə ifa etdiyi “O konu” mahnısı ilə də azərbaycanlı tamaşaçılara tanışdır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →