• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

“WhatsApp”dan videozənglərlə bağlı əla funksiya

"WhatsApp” mesencerinin istifadəçiləri videozənglərlə bağlı yeni funksiyaya giriş əldə edəcəklər.

Bu barədə "WABetaInfo”nun mütəxəssisləri məlumat veriblər.

Bildirilir ki, mesencerin tərtibatçıları video formatında danışmağa və eyni vaxtda üçüncü tərəf proqramlarından istifadə etməyə imkan verən "şəkil içində şəkil” videozəng rejimini təqdim edəcəklər.

Belə ki, zəng ekranı kiçildildikdə ekran ətrafında hərəkət etdirilə bilən kiçik üzən pəncərəyə çevriləcək.

Qeyd olunur ki, yeni funksiya artıq iOS əməliyyat sistemi üçün bəzi beta testerlər üçün əlçatandır.

Yeni özəlliyin bütün "WhatsApp” istifadəçiləri üçün nə vaxt işləyəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl "WhatsApp”ı artıq planşetlərdə də istifadə etməyin mümkün olacağı barədə xəbərlər yayılmışdı. Həmçinin tərtibatçılar mesencerin masaüstü formatına zəng rejimi gətirdiklərini açıqlayıbar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →