İtaliyanın XİN rəhbəri Azərbaycana gəlir
- 02.04.2022, 07:02,
- Manşet / Siyasət
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo bu gün Azərbaycana gələcək.
Bu barədə İtaliya XİN-in açıqlamasında deyilir.
Bildirilir ki, Bakıya səfər nazir Luici Di Mayonun təşviq etdiyi enerji diplomatiyası sahəsindəki fəaliyyətin bir hissəsidir. Bu fəaliyyət böyük potensiala malik etibarlı tərəfdaşlarla mövcud əməkdaşlığı gücləndirməklə energetikanın şaxələndirilməsi prosesinin sürətləndirilməsinə yönəlib.
"İtaliyanın xarici işlər naziri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazovla görüşlərdə iki ölkəni birləşdirən strateji infrastruktur olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz tədarükünün mümkün artırılmasını müzakirə edəcək .
Nazir Luici Di Mayo həmsöhbətləri ilə ikitərəfli və regional gündəliyin əsas məsələlərini də nəzərdən keçirəcək və həmkarı C.Bayramovla çoxşaxəli ikitərəfli Strateji Dialoqun ilk iclasına həmsədrlik edəcək", - deyə açıqlamada bildirilir.
Bundan əlavə, L.Di Mayo Ukraynada atəşkəsin vacibliyini müzakirə etməyi planlaşdırır.
Səfər zamanıXİN rəhbərini İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano müşayiət edəcək.
Reytinq: