• 21:12 – Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB 
  • 19:03 – 801-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 19:00 – Gürcüstan hökuməti Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirir - ŞƏRH 
  • 18:56 – Şəkidə iki nəfər ov silahı ilə öldürüldü 

Göyçayda şəhidin adını daşıyan Fəridin bir yaşı qeyd olunub

Göyçayda şəhidin adını daşıyan Fəridin bir yaşı qeyd olunub

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi ilə nəticələndi. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi.

Göyçay rayonunun Şəhidi Fərid İlyas oğlu Nadirov da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır.
Bu gün igid Fəridin adını daşıyan balaca Fəridin bir yaşı tamam olur.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Rayon Səfərbərlik şöbəsinin əməkdaşı, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilat rəhbərləri, Ucar və Göyçay rayonunun şəhid ailələri, veteranlar, qazilər, gənclər, mətbuat nümayəndələri, rayon ictimayyəti iştirak ediblər.

Əvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan Göyçay Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən, Birinci müavin İkram Vəliyev vətən müharibəsinin şəhidi Fərid İlyas oğlu Nadirovun bacısının övladının doğum gününündə iştirak edib. Dayısının adını daşıyan bir yaşı tamam olan Fərid balamızı təbrik edən hörmətli İkram Vəliyev Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediləcəyini, daim şəhidlərimizin adınının yüksək tutulacağını, diqqət və qayğının yüksək şəkildə təşkil olunmasını diqqətə çatdırdı.

Rayon rəsmisi çıxışında cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Elşən Orucov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd edib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid ailələrinə "Qayğı" cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov çıxışında şəhidimizin ailələrini, övladlarını, yaxınlarına qarşı göstərilən diqqətə görə ölkə başçısı, Ali Baş komndan İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya şəhid ailələri adından təşəkkürünü bildirərək, Şəhid olan Fəridin adını daşıyan balaca Fəridi ad günü münasibıtilə təbrik etdi.

Tədbirdə çıxış edən natiqlər Şəhidlərimizin tarix yazdıqlarını, ziyarət məkanına çevrilən, cənətə ucalan qəhrəmanlarımızın daim xatırlanaraq, yad olunacaqlarını, şəhid ailələrinin yanında olub, onların bizlərə ərmığan qoyub getdikləri yaxınlarına diqqət və qayğı ilə əhatə olunacaqlarını vurğulayaraq, Balaca Fəridin dayısı kimi igid böyüməsini, xöşbəxt yaşamasını arzuladılar.

Qəhrəman şəhidin atası İlyas Nadirov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin ad günündə onu tək qoymadıqları və təbrik etdikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Elşənin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Sonda Şəhid Fərid İlyas oğlu Nadirovun qısa lakin mənalı, fəxirli, nümunəvi həyatından bəhs olunan videoçarx nümayiş olunub.

Qeyd edək ki, şəhid Fərid İlyas oğlu Nadirov 21 sentyabr 2000-ci ildə Göyçay rayonunun Üngütlü kəndində doğulub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində iştirak edərək, 9 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Fərid İLyas oğlu Nadirov Göyçay şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →