• 21:54 – "Google" HƏDƏFƏ ALINDI - ABŞ hökuməti şirkətə vaxt verdi 
  • 19:26 – Yəmən ABŞ-a məxsus PUA-nı vurdu, ortalıq qarışdı 
  • 19:21 – 2025-ci ilin ən qanlı hücumu - Ukraynada 32 nəfər ÖLDÜ   
  • 19:15 – ABŞ dolları yeni təhlükə ilə üz-üzədir 

“Uğur qazanacağımıza inanırıq” Avroviziya 2025 təmsilçisi


BAKI-XEBERTV.AZ



 

 “Uğur qazanacağımıza inanırıq” Avroviziya 2025 təmsilçisi


Bu il Bazeldə keçiriləcək Avroviziya mahnı müsabiqəsində Azərbaycan daha bir ilkə imza atacaq. Ölkəmiz İsveçrənin Bazel şəhərində keçiriləcək musiqi bayramında ilk dəfə qrupla təmsil olunacaq. 2021-ci ildə yaradılan “Mamagama” qrupu rok, pop və ənənəvi Azərbaycan musiqisinin qarışığından ibarətdir. “Bu axan musiqi və partlayan yaradıcılıqdır, ana ürəyinin döyüntüsü kimi səs, dərin və yaxın, dalğaların amplitudası kimi sonsuz görünməkdir” deyə qrup üzvləri bildirib. Mamagama qısa zaman əvvəl yaransa da, artıq Avropa səhnəsində də adından söz etdirməyi bacarıb. Qrup 2022-ci ilin noyabrında Albaniyanın əsas musiqi yarışmalarından olan Kënga Magjikedə iştirak edib. Yekun nəticələrə görə qrup Avropanın ən yaxşı beynəlxalq layihəsi adına layiq görülüb. “Avropanın ən sevilən və ən məşhur musiqi yarışmasında Azərbaycanı təmsil etməkdən qürur duyuruq. Həyəcanlıyıq, amma uğur qazanacağımıza inanırıq” deyə qrupun solisti Asəf Mişiyev bildirib. Xatırladaq ki, Azərbaycanın təmsilçiləri mayın 13-də Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinal mərhələsində “Run with U” adlı mahnıyla çıxış edəcəklər.

Müəllif : Seymur İlqaroğlu

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →