• 22:12 – Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı 
  • 21:45 – Ermənistanda seçici fəallığı açıqlandı 
  • 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:26 – Tramp Türkiyəyə gedəcək 

Zelenskidən Ukraynanın “Avroviziya”da qalib olmasına - Reaksiya

Zelenskidən Ukraynanın “Avroviziya”da qalib olmasına - Reaksiya

Xəbər verdiyimiz kimi, İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi Ukrayna olub.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bununla bağlı post paylaşıb.

“Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir!

Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram - sonuncu deyil.

Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.

Azad, dinc, yenidən qurulmuş!

“Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik!

Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil”, - deyə paylaşımda qeyd olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →