Ylaxda 24 yaşlı gənc qətlə yetirilib.
"Report"un məlumatına görə, hadisə Yevlax şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.
Toyun iştirakçıları olan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışov ilə 2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman E.Abışova kəsici-deşici alətlə ağır xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.