• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Gədəbəydə əri tərəfindən balta ilə öldürülən qadının qətlinin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO

Gədəbəy rayonunda 32 yaşlı qadının qətlinin təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nahiyəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Onun ölümünə səbəb olmaqda şübhəli bilinən isə həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ailənin yaşadığı evdə qeydə alınıb. Ailə kənddə sakit bir ailə kimi tanınır. Onlar kənd ərazisində heyvandarlıq və əkinlə məşğul olublar.

Ailənin üç övladı var.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →