• 21:40 – Tokayev: "Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir" 
  • 21:27 – "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın oyunları "TVNET"də 
  • 21:25 – Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu 
  • 21:17 – Rusiyadan Qəzzafinin oğlunun öldürülməsinə reaksiya... 

Azərbaycandan bu ölkəyə neft ixracı 2 dəfədən çox artdı


Azərbaycandan bu ölkəyə neft ixracı 2 dəfədən çox artdı

Azərbaycandan bu ölkəyə neft ixracı 2 dəfədən çox artdı

2025-ci ildən Azərbaycandan İrlandiyaya 289,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 577,1 min ton xam neft və neft məhsulları ixrac olunub.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 149,9 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 340,5 min ton və ya 2,4 dəfə çoxdur.

2024-cü ildə Azərbaycandan İrlandiyaya 139,8 milyon ABŞ dolları dəyərində 236,6 min tonn neft və neft məhsulları ixrac olunub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Qeyd olunan məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.





axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →