• 18:45 – Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib 
  • 18:23 – 1692-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:19 – Yollarında görünüş məsafəsi 1000 metrədək məhdudlaşır 
  • 21:50 – Ukrayna sərhəddən 2500 km uzaqlıqdakı NEZ-i vurdu 

“Əl-Nəsr” Kriştiano Ronaldo ilə müqavilə imzaladığını açıqlayıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu “Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo ilə müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2025-ci ilə qədər qüvvədədir.

Qeyd edək ki, Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubuna keçidi ilə bağlı “Əl-Ərəbiyyə” telekanalı məlumat yaymışdı.

İspaniyanın “Marca” qəzeti isə müqavilənin ümumi məbləğinin təxminən 100 milyon avro qiymətləndirildiyini bildirmişdi. Nəşrin yazdığına görə, Ronaldo daha 100 milyon avronu reklam müqavilələrindən alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →