• 20:20 – Veşoviçin “Qarabağ”la bağlı açıqlaması gündəm oldu 
  • 20:03 – Ərdoğanın Azərbaycana səfəri başa çatdı 
  • 19:58 – Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib. 
  • 19:52 – Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi 

“Qarabağ” fransalı hücumçusu ilə vidalaşdı


“Qarabağ” fransalı hücumçusu ilə vidalaş


“Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Klubdan Axar.az-a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.

Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, Ağdam klubu daha əvvəl 35 yaşlı müdafiəçisi Riçard Almeyda ilə müqaviləni bir illik uzadıb. Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →