• 21:54 – "Google" HƏDƏFƏ ALINDI - ABŞ hökuməti şirkətə vaxt verdi 
  • 19:26 – Yəmən ABŞ-a məxsus PUA-nı vurdu, ortalıq qarışdı 
  • 19:21 – 2025-ci ilin ən qanlı hücumu - Ukraynada 32 nəfər ÖLDÜ   
  • 19:15 – ABŞ dolları yeni təhlükə ilə üz-üzədir 

Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu

 

BAKI-XEBERTV.AZ


Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu
 
Respublika Baş Prokurorluğunun əməkdaşı, Abşeron rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev  Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin 1-ci vitse prezidenti təyin edilib.
 
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyyələrini verib və həmçinin  Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.
Daha bir təyinat isə Aqil Soltanovla bağlı olub. Aqil Soltanov AKF rəhbərliyi tərəfindən ənənəvi karate üslubu fudokan üzrə vitse-prezident təyin olunub.
 
Qeyd edək ki, Aqil Soltanov həmçinin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının  karate üzrə müəllimi və Azərbaycan Respublikasının əməkdar məşqçisidir.
 
Daha bir təyinat isə, Vüsal Abdullazadə ilə bağlı olub. Beləki, V. Abdullazadə  Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Vüsal Abdullazadə Ənənəvi karate üslubu "Dünya Fudokan  Federasiyası"-nın Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsidir.
 

Billurə Hüseynova 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →