
Həsən Əliyev küçəsi – "Koroğlu" metrostansiyası yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması zərurəti yaranıb.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar, avqustun 7-si saat 00:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə və Koroğlu Rəhimov küçələri arasındakı hissəsində eləcə də Rövşən Əliyev küçəsinin Böyük İpək Yolu və Araz küçələri arasındakı hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
"Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.