• 20:20 – Kupman Azərbaycana gələcək 
  • 20:11 – Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı 
  • 20:06 – Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir? 
  • 20:01 – Qalmaqallı layihənin ikinci oxunuşu: 14 deputat qovuldu 

Milli karate üzrə yığma komandamız Avropa çempionatında iştirak edəcək.


BAKI-XEBERTV.AZ

Milli karate üzrə yığma komandamız Avropa çempionatında iştirak edəcək. Bu məqsədlə qitə miqyaslı yarışa yollanmağa namizəd idmançılar arasında şəxsi görüşlər keçirilib. Seçimlərin ilk günü 4 çəki dərəcəsində çıxış edən (dünya reytinqində ən çox xalı olan idmançılar və ölkə miqyaslı yarışda fərqlənən idmançılar) karateçilər üz-üzə gəliblər. Seçmə görüşləri AKF-in vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayev də izləyiblər. Hər çəki dərəcəsində təmsil olunan idmançılar qruplara bölünərək dairəvi sistemdə yarışıblar. Yığma komanda məşqçilərinin iştirakı ilə keçirilən ilk günün nəticələrinə əsasən kişilər arasında Fərid Savadov -60 kq, Fərid Ağayev isə  -75 kq-da Avropa çempionatına yollanmaq hüququ qazanıb. Qadınlar arasında isə Fidan Teymurova -50 kq, və Mədinə Sadıqova -55 kq-da bütün rəqiblərindən güclü olublar.  
Kata seçimlərində Ramilə Heydərova bütün rəqiblərini üstələyib. Kişilərin yarışında isə ölkəmizi Roman Heydərov təmsil edəcək. Qeyd edək ki, digər çəki dərəcələrində yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşlərindən sonra aydınlıq gələcək.


Billurə Hüseynova

 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →