• 22:04 – Belarus Prezidenti: “Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq” 
  • 21:47 – Ukrayna Xarkovu itirə bilər? – Zelenski çağırış etdi 
  • 15:38 – Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ 
  • 15:33 – Azərbaycanca kitablar sərgidən yığışdırıldı 

AVARÇƏKMƏ ÜZRƏ "PREZİDENT KUBOKU-2024” REQATASINA SUQOVUŞANDA START VERİLİB. 




 

AVARÇƏKMƏ ÜZRƏ "PREZİDENT KUBOKU-2024” REQATASINA SUQOVUŞANDA START VERİLİB. 
BAKI-XEBERTV.AZ
 
        Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024” beynəlxalq reqatasına tarixi torpağımız Suqovuşanda start verilib. Suqovuşanda əvvəlcə reqatanın rəsmi açılış hissəsi baş tutub. Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov tədbir iştirakçılarını salamlayaraq yarışda 20-dən çox ölkədən 30 komandanın iştirakını rekord nəticə adlandırıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev turnirin reqlamenti barədə məlumat verib və idmançılara uğur arzulayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında 44 günlük Vətən müharibəsindən sonra Suqovuşanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin ənənəvi hala çevrildiyini bildirib. O, yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasını böyük idman hadisəsi kimi qiymətləndirib.  Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Prezident Kuboku-2024" beynəlxalq reqatasını açıq elan edib.
 
      Rəsmi hissənin ardınca tamaşaçılar Suqovuşan su anbarında komandaların ölkə bayraqları ilə nümunəvi keçidlərini izləyiblər. Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra yarışlara start verilib. Suqovuşan su anbarında 200 metr məsafədə kayak və kanoe üzrə yürüşlər keçirilib. Azərbaycan komandası ilk medalını da Suqovuşanda qazanıb. 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışlarda Amil Ramazanov bürünc medal qazanıb.  
 
      Xatırıadaq ki, Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatası 2-3 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.  
 
      Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak, kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. Reqataya möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

Billurə Hüseynova


 

 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →