• 22:25 – Zelenski Putinlə görüş üçün kömək istədi 
  • 22:18 – Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı 
  • 22:15 – Hellouin şirniyyatlarından iynə və maqnit tapıldı 
  • 22:12 – Almaniyada polislərə hücum başladı: yaralılar var 

“Advokat” komandası “Siciliya vəkillər kuboku-2022”də gücünü sınayacaq

Futzal üzrə İkinci Liqada çıxış edən “Advokat” komandası vəkillər arasında təşkil edilən “Siciliya vəkillər kuboku-2022” beynəlxalq turnirdə iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Kataniya şəhərində keçiriləcək turnirdə iştirak edəcək “Advokat” Azərbaycan Futzal Federasiyasına müraciət edib. Komanda dekabrın 11-də IX tur çərçivəsində “Çinar-Zəngilan”la keçirilməli olan oyununu təxirə salmağı xahiş edib. Komandanın beynəlxalq turnirə qatılmasına dəstək məqsədi ilə federasiya müraciəti müsbət cavablandırıb. Buna görə də “Çinar-Zəngilan”la qarşılaşma “Advokat” Bakıya döndükdən sonra keçiriləcək.

Qeyd edək ki, “Siciliya vəkillər kuboku-2022” dekabrın 8-dən 12-dək təşkil olunacaq.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →