• 21:35 – "Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazanıb 
  • 21:20 – Sabah Bakıya qar yağacaq 
  • 21:17 – Putin Pezeşkianla da danışdı: Vəziyyət son dərəcə gərgindir... 
  • 19:05 – İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq? 

Qurban Qurbanov "Braqa" səddindən danışdı




“Braqa” ilə oyunlar bizim üçün böyük təcrübə olacaq.

XEBERTV.AZ  xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Mütəxəssis bu raunddakı rəqibləri olan Portuqaliya təmsilçisi “Braqa”nın güclü komanda olduğunu bildirib:

“Fikrim “Neftçi” ilə oyunda olduğu üçün püşkatma ilə çox maraqlanmadım. Potensial rəqiblərin hər biri ciddi komanda idi. Portuqaliya klubları avrokuboklara ən ciddi yanaşan, möhkəm komandalardır. Rəqiblə maraqlandıqdan sonra daha yaxşı məlumat verə biləcəyik. Yaxşı futbol göstərməyi bacaran kollektivdir. Matça hələ iki aya yaxın vaxtımız var”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.



Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →