• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Almaniyanın baş məşqçisi qovuldu





 

Almaniyanın baş məşqçisi qovuldu

BAKI-XEBERTV.AZ

Hans-Diter Flik Almaniya milli futbol komandasının baş məşqçisi postunu tərk edib.

Bu barədə Almaniya Futbol Assosiasiyasının (DFB) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, baş məşqçini Rudi Föller əvəzləyəcək.

Xatırladaq ki, Almaniya millisi 2024-cü il Avropa çempionatında ev sahibi ölkə kimi iştirak edəcək. Martda yoldaşlıq görüşündə Peru üzərində qələbə komandanın son qələbəsidir. Həmin vaxtdan Almaniya yığması Belçika (2:3), Polşa (0:1), Kolumbiya (0:2), Yaponiya (1:4) komandalarına uduzub, eyni zamanda Ukrayna komandası ilə bərabərə qalıb (3:3).

Qeyd edək ki, Flikin 58 yaşı var və o, 2021-ci ilin avqustunda keçirilən son Avropa çempionatından sonra Almaniya milli komandasına rəhbərlik edib.

Mənbə: TASS

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →