• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Qarabağ"dan daha bir transfer: bu dəfə braziliyalı


 



Andrey Luyevin keçidini rəsmiləşdirən “Qarabağ” heyətə daha bir futbolçu qatıb.

XEBERTV.AZ  xəbər verir ki, “köhlən atlar” bu dəfə Bolqarıstan bazarına üz tutub. Qurban Qurbanov Matues de Barros da Silvanın keçidinə razılıq verib.

Sağ cinah müdafiəçisi olan 25 yaşlı futbolçu “Qarabağ”la bütün detallarda razılaşıb. Ağdam təmsilçisi ən qısa zamanda transfer haqda məlumat yayacaq.

2017-ci ildə peşəkar futbolda ilk addımlarını atan braziliyalı oyunçu vətənində “San Fransisko PA”nın şərəfini qoruyub, daha sonra “Paysanda” və “Bahia”nın uğurları üçün tər töküb.

2019-2020 mövsümündə Portuqaliya Sequndasında “Farense”nin, növbəti iki ildə bu ölkənin yüksək dəstəsində “Moreyrense”nin heyətində yer alıb.

Ötən ilin yayında Boqarıstan “Lokomotiv”i ilə anlaşıb. Plovdiv təmsilçisində meydana çıxdığı 38 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, indiyə qədər şərəfini qoruduğu komandaların heç birində avrokubok həyəcanı yaşamayıb.





Publika.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →