• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" oyununda hesab açılıb



BAKI-XEBERTV.AZ

Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" oyununda hesab açılıb

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 25-ci dəqiqədə meydan sahibləri Kike Qomesin qolu ilə önə çıxıblar.

19:30

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, "Viktoriya" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

18:23

Cəbəllütariqdə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Linkoln" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Bu barədə Avropa futbol qurumunun rəsmi saytına xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Linkoln": Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes, Xuampe
Ehtiyat oyunçular: İvan Villanueva, Nauset Santana, Roy Çipolina, Kayl Klinton, Xuan Penya, Conatan Şortino, Cumaney Börnet, Samson Acayi, Santi Luke, Li Kasyaro
Baş məşqçi: Xavi Munyos

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Viktoriya" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

"Report" 




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →