• 22:24 – Belqoroda PUA hücumu: 20 nəfər yaralandı 
  • 22:16 – ABŞ Türk dünyası ilə məşğul olmalıdır - Koffi 
  • 22:45 – İrandan MAQATE-yə "yaşıl işıq" 
  • 22:40 – Üstünlük "Atletik" tərəfdədir, çünki... - Qurban Qurbanov 

Sumqayıtda qadının qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin əri, 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

21:15

saat 20 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının qeyri-rəsmi münasibətdə olduğu 1982–ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →