• 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 
  • 12:09 – Direktorun maşınını yandıran daha bir nəfər saxlanıldı - Video 
  • 12:04 – TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi 
  • 11:59 – Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu – VİDEO 

Cəlilabad rayon sakininin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Fevralın 6-sı, saat 06 radələrində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın Cəlilabad rayonunda yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, ilkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Elxan Əmənovun bıçaqla keçmiş arvadı Aysel Abbasovaya xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →