• 18:13 – Bu şəxslər 3 min manatadək cərimə olunacaq 
  • 20:37 – ABŞ-a rus dizeli daşıyan sonuncu tanker də geri qayıtdı 
  • 20:35 – Fransa 1.5 milyard avroluq hərbi peyklər hazırlayır 
  • 20:32 – Əxlaqın Ağırlığı 

Paytaxtda ağır yol qəzasında ölənlərin sayı 5-ə çatıb

Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə "Mercedes" markalı avtomobilin "Toyota"nın qarşısına çıxması nəticəsində baş verib.

Nəticədə onlardan üçü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin "Toyota" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadədir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →