• 21:46 – İsrail və ABŞ İranın nüvə bombasının “açarı”nı MƏHV ETDİLƏR - NYT 
  • 21:32 – Makron Fransa parlamentini buraxa bilər - Pen 
  • 19:54 – Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazına alternativ yollardan danışdı 
  • 19:49 – Haaland 300-ə çox tez çatdı 

Paytaxtda ağır yol qəzası – 3 nəfər ölüb

Bakıda Nizami rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli AZƏRTAC-a bildirib ki, hadisə zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. “Mercedes”də olan 3 nəfər ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirildikdən sonra ətraflı məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır”.

Baş inspektor bildirib ki, qəza ilə əlaqədar yolda yaranmış sıxlıq aradan qaldırılıb, avtomobillərin hərəkəti təmin olunub.

“Sürücüləri bayram günlərində diqqətli olmağı çağırır, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik”, - deyə o bildirib.

13:34

Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə Nizami rayonunda, “Mercedes” markalı iki minik avtomobilinin iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →