• 22:36 – İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb 
  • 22:22 – Vensdən İrəvanda sensasiya: Paşinyana görə, 9 milyard dollar... 
  • 19:14 – Pensiyalarla bağlı ŞAD XƏBƏR: 629 manat olacaq 
  • 21:52 – DünyaGüclü zəlzələ daha bir ölkəni silkələdi 

Sumqayıtda binadan şəhid şəkli olan lövhəni oğurlayan şəxs saxlanılıb

Noyabrın 29-na keçən gecə Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birində şəhid şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →