• 19:05 – İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq? 
  • 18:56 – 1421-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:53 – Bakı bu dörd ermənini İrəvana verdi 
  • 21:18 – Dr. Med Səfərova Almaniyada vəzifə verildi - Foto 

Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib

Sumqayıt Şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində pul və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Hümbətov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi ilə birgə Nərimanov rayonu ərazisində digər bir qadının çantasından içərisində pul, sənəd və bank kartı olan cüzdanını, hesabından isə 312 manatını çıxararaq oğurlaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →