• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

Bir neçə rayonda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarının ərazilərində qanunsuz ağac kəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluqdan məlumat verilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Astara rayonunun Şuvi, Bərdə rayonunun Alaçadırlı, Ucar rayonunun Boyat bələdiyyələrinin ərazilərində, Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində meşə fonduna daxil olmayan, həmçinin Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə meşə fonduna daxil olan, ümumilikdə 412 ədəd ağac və kolun kəsilməsi nəticəsində təbiətə 145 min manatdan çox maddi ziyan dəyib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə) 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →